-
- 24-01-2023, 09:55
- 345
“Xəzər”in adından dələduzluq edildi
Xəzər TV-nin adından dələduzluq edilib.
News24.az xəbər verir ki, bu barədə “Xəzər xəbər”in növbəti süjetində məlumat verilib.
Bildirilib ki, bir şəxs Gülsüm Seyidova adlı gənc qıza sözügedən kanalda işə düzəlmə vədi verib.
Həmin şəxs qızdan həm jurnalist vəsiqəsi, həm də forma üçün pul istəyib. Gülsüm ilk dəfə 72 manat göndərsə də, sonradan aldadıldığını öyrənib və polisə müraciət edib. Dələduzluqda ittiham olunan şəxs qızla görüşdüyü zaman polislər tərəfindən saxlanılıb.