Laçın yolundan sülhməramlıların 39 avtomobili maneəsiz keçib
    • 24-01-2023, 19:12
    • 537

Laçın yolundan sülhməramlıların 39 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə sülhməramlılara məxsus nasaz yük avtomobili digər avtomobilin yedək hissəsində keçirilib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunun hər iki istiqamətində maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 39-a çatıb./"Report"/