-
- 25-01-2023, 10:47
- 919
Sökülən əxlaqsızlıq yuvalarının altından tarixi abidələr çıxdı- FOTO
Türkiyədə Ankara qalasının ətrafında davam edən arxeoloji qazıntılar zamanı 1930-cu illərdə açılan və 10 il əvvəl sökülən, əxlaqsızlıq yuvası kimi istifadə edilən binaların altından tarixi abidələr aşkarlanıb.
News24.az xəbər verir ki, tarixi eramızdan əvvələ söykənən Ankara qalasının kənarında olan bu ərazi 1930-cu illərə qədər əsasən qeyri-müsəlmanların yaşadığı ticarət və istirahət zonası olub.
1930-cu illərdə isə burada dövlət tərəfindən açılan ilk fahişəxanalar yaradılıb və bu illər boyu fəaliyyət göstərib.
Ankara əhalisi bu bölgədə Roma Teatrının yerləşdiyini bilsə də, sökülən əxlaqsızlıq yuvalarının altından Osmanlı hamamının çıxacağından xəbərsiz olub.
Bu hamamın Fateh Mehmetin dövründə tikildiyi qeyd edilib. Tikilinin 13-15-ci əsrlərdə mövcud olan Debbağhane hamamı olduğu düşünülür.
15-ci əsrdə hamam fəaliyyətini dayandırdıqdan sonra isə məkan keramika və kafel emalı sexləri kimi istifadə edilib. /Independent Türkiyə/
Teymur MƏMMƏDOV