Küçədə kişiyə hücum edib boynunu kəsdi – Zaqatalada quldurluq
    • 26-01-2023, 12:19
    • 204

Küçədə kişiyə hücum edib boynunu kəsdi – Zaqatalada quldurluq

Zaqatalada quldurluq hadisəsi baş verib. 

News24.az xəbər verir ki, yanvarın 22-də saat 23 radələrində rayonun Çobankol kənd sakini Natiq Əzizov küçədə həmkəndlisi Qurban Qurbanova hücum edib. O, piyada hərəkət edən şəxsdən mobil telefonunu verməsini tələb edib və silah qismində istifadə etdiyi əşyanın kəsici tərəfi ilə Q.Qurbanovun boynunu kəsərək zor tətbiq etməklə üzərindəki 500 manat dəyəri olan “Samsung A32” markalı mobil telefonunu götürüb.

Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə iş başl anılıb. Natiq Əzizov həbs edilib.

Taleh BAĞIROV