Bakıda küçədə gənc qızla oğlana qarşı CİNAYƏT
    • 30-05-2019, 12:53
    • 1 816

Bakıda küçədə gənc qızla oğlana qarşı CİNAYƏT

Bakıda gənc oğlan və qıza qarşı quldurluq etmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsində Səfərov Röyal Fariz oğlu barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Romella Allahverdiyevanın icraatına verilib. İlk iclas iyunun 10-da keçiriləcək. 

Qeyd edək ki, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Səfərovu saxlayıblar. 

Müəyyən edilib ki, saxlanılan şəxs Aydınbəyov küçəsində, paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək, ona məxsus mobil telelfonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb. 

Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir gənc qıza qarşı quldurluq edib, mobil telefonunu əlindən alması məlum olub.