Ova cəhd edənlər cəzalandırıldı
    • 26-01-2023, 15:13
    • 175

Ova cəhd edənlər cəzalandırıldı

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıb.
 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev News24.az -a bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib.
 
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”,- o qeyd edib.