-
- 26-01-2023, 15:30
- 237
Hindistanın Türkiyədəki səfiri: “BMT-nin elan etdiyi 2023-cü il Beynəlxalq Darı İlinə Azərbaycan da töhfə verə bilər”
“Darı qlobal ərzaq təhlükəsizliyinin həllinin bir hissəsi ola bilər”.
Bu sözləri Hindistanın Türkiyədəki səfiri Virander Paul deyib.
Ərzaq təhlükəsizliyinin hər zaman bəşər sivilzasiyaının ayrılmaz bir hissəsi olduğunu vurğulayan səfir deyib ki, darı təhlükəsiz qida təminatında əhəmiyyətli rol oynaya bilər: “Bu gün də ərzaq təhlükəsizliyi ilə bağlı çoxsaylı problemlər var. COVİD-19 pandemiyası da qida təchizatına ciddi ziyan vurdu. Digər tərəfdən iqlim təhlükəsizliyinə və qlobal qida təchizatı zəncirinə də zərər verdi və bu davam edir. Bu baxımdan darı qida təhlükəsizliyinə davamlı həll yolu ola bilər”.
Virander Paul bildirib ki, Hindistan dünyada darı istehsalının 30%-ni təşkil etdiyi halda, 130-a yaxın ölkə iqliminə uyğun olaraq bu məhsulu yetişdirir: “İqlim dəyişikliyi də qida istehsalına təsir edir. Əgər Azərbaycanda da darı istehsalı üçün münbit şəraiti varsa, ərzaq təhlükəsizliyi probleminin kollektiv həllinə sizin ölkə də töhfə verə bilər, eləcə də uyğun iqlim şəraiti olan digər ölkələr. Çünki hazırda bu ən aktual problemdir və bunun üçün hər bir ölkə bir-birinə kömək etməyə hazır və istəkli olmalıdır”.
Səfir onu da vurğulayıb ki, hazırda iki əsas qida istehsalçısı və ixracatçısı olan Rusiya-Ukrayna arasında yaşanan münaqişə ərzaq böhranını dərinləşdirir ki, bu da xüsusilə də yoxsul ölkələrdə ciddi problemlər yaradır.
Bu baxımdan darı istehsalının qlobal qida təhlükəsizliyində əhəmiyyətli təsiri olacağını bildirən səfir bu bitkinin buğdadan öncə qida məhsulu kimi istifadə edilyini deyib: “Arxeoloji qazıntılarda darının çox qədimlərdən qida məhsulu kimi istifadə edildiyinə dair sübutlar da var”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2023-cü il Beynəlxalq Darı İli elan edilib. Bu şərşivədə yanvarın 23-də Hindistanın Ankaradakı səfirliyi tərəfindən “Dayanıqlı Qida Təhlükəsizliyi üçün Darı” adlı panel təşkil edib.
Paneldə iştirak edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Fazil Düşüncəli çıxış edərək bildirib ki, istehsalı Türkiyəyə məxsus olan darıdan hazırlanan qış içkisi “Boza” dünyada tanınan br markadır.