Məşhur DJ öldürüldü - Cəsədi zibillikdəki çamadanda tapıldı - FOTOLAR
    • 27-01-2023, 09:43
    • 126

Məşhur DJ öldürüldü - Cəsədi zibillikdəki çamadanda tapıldı - FOTOLAR

Kolumbiyanın məşhur DJ-lərindən olan 23 yaşlı Valentina Trespalaciosun cəsədi zibillikdə çamadanda tapılıb.

News24.az xəbər verir ki, "İnstaqram"da minlərlə izləyicisi olan məşhur DJ-in  döyülüb boğularaq öldürüldüyü müəyyən edilib.

Kolumbiya polisi Trespalaciosun 35 yaşlı evli sevgilisini qətldə şübhəli bilərək onun axtarışına başlayıb. 

Məşhur DJ-lə bir ildir birlikdə olan və qətldən sonra yoxa çıxan üç uşaq atası Con Poulosun Panamada tutularaq saxlanılaraq Kolumbiyaya təhvil verildiyi açıqlanıb.

Panama hava limanında yaxalanan Poulosun İstanbula qaçnaq istəyərkən yaxalandığı ortaya çıxıb. / Haber Global/

Teymur MƏMMƏDOV