-
- 27-01-2023, 12:04
- 532
“İran səfirliyinə olan hücuma Qarabağda cavab verməliyik” – Natiq Miri
Xəbər verdiyimiz kimi, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Politoloq Natiq Miri məsələnin pərdəarxası məqamlarını News24.az-a danışıb.
O bildirib ki, bu hadisə terror hücumudur və özündə siyasi mesaj daşıyır: “Bu terror hadisəsi Ermənistan və onun havadarlarının Azərbaycana etdiyi təhdidlərin tərkib hissəsidir. İkinci bir səbəbi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa Parlamenti komitəsindəki çıxışında axtarmaq lazımdır. O, bir gün öncə Avropa Parlamentindəki çıxışı zamanı Azərbaycanın Bakı yolunu açmayacağı təqdirdə hərbi güc tətbiq edəcəkləri ilə bağlı təhdid fkri səsləndirmişdi. Mesajın mahiyyəti odur ki, Azərbaycan yolu açmasa, proses davamlı ola bilər”.
Politoloq bildirib ki, edilən hücuma adekvat addım atmaq lazımdır: “Bu cavab Azərbaycanın öz ərazisində, Qarabağda olmalıdır. Qarabağda yerləşdirilmiş terrorçu ünsürlər var. Terrorçu ünsürlərə qarşı bu hadisədən istifadə edərək antiterror haqqımızı ortaya bilərik. Ən gözəl zaman və mühit bu gündür. Düşünürəm ki, Azərbaycan bunu ultimativ şəkildə bir-iki gün ərzində həyata keçirməlidir”.