-
- 27-01-2023, 12:49
- 341
"İran İslam pərdəsi altında sırf terrorçuluğu təbliğ edir" - ŞƏRH
"İranda səfirliyimə olan hücum təkcə Azərbaycana qarşı yox, bütün İslam aləminə qarşı terrordur".
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Tural İrfan deyib. Politoloq qeyd edib ki, İranın Azərbaycana qarşı aqressiyasınım nəticəsi kimi bu hadisə dünyada, regionda sülhə təhdiddir:
"Özünü İslam dövləti adlandıran bir qurumun Azərbaycan əleyhinə apardığı siyasətin nəticəsində baş vermiş bu hadisədə hesab etmək olar ki, birbaşa İranın dövlət qurumları məsuliyyət daşıyır. Şübhəsiz ki, bu araşdırılmalıdır, cinayətkarlar dərhal məsuliyyətə alınmalıdır. Qonşuluq siyasətinə, İslam dəyərlərinə qarşı açıq təhdiddir bu olay. İranın Quran dəyərlərindən uzaqlaşması bir qədər də əvvəl Britaniya səfirliyimizə edilən hücum eyni mənbədən qaynaqlanır. Hər iki hadisəsinin kökündə İran rejimi dayanır. Artıq bu hal sübut edir ki, İran İslam pərdəsi altında sırf terrorçuluğu təbliğ edir. Əvvəllər belə əməlləri ermənilərin əli ilə ölkəmiz daxilində həyata keçirirdilər. Mərhum akademik Ziya Bünyadovun qətli buna misaldır. İndi Azərbaycanın güclənməsi fonunda təhlükəsizliyimizin də güclü olması İranın Azərbaycanda belə işləri həyata keçirməyə imkan vermir. Odur ki, artıq İran daxilində və xarici ölkələrdə Azərbaycan vətəndaşlarına qarşı terror etməyə cəhd edirlər. Hər bir halda bu hadisəni pisləyirik və lənətləyirik".
Aynurə