-
- 27-01-2023, 12:26
- 272
"İran dövləti ilk qanın tökülməsinə səbəb oldu" - TARİXİ SƏHVƏ YOL VERİLDİ
"Səfirliyimizdə baş verən terror aktı ilə İran dövləti ilk qanın tökülməsinə səbəb oldu".
Bu fikirləri News24.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
"İran dövləti bu aktın ona baha başa gələcəyini yəqin ki, hesab edib. Yoxsa, belə bir tarixi səhvə yol verməzdi. Görünən odur ki, İran rejimi Azərbaycanla olan bütün əlaqəli kəsmək fikrindədir və bundan da çəkinmir. Ermənistana qarşı qırmızı xətdən danışan İran fars rejimi Azərbaycana qarşı qırmızı xətti keçdi. Hesab edirəm ki, bu, artıq İran Azərbaycan münasibətlərində geridönməz izlər buraxacaq, iki ölkənin münasibətlərini daha da kəskinləşdirəcək. İran dövlətinin bu hadisə ilə əlaqəli Azərbaycan dövlətindən dərhal üzr istəməsini tələb edirik. Günahkarların Azərbaycan istintaq orqanlarının da iştirakı ilə müəyyən edilib ifşa edilməsində şərait yaratmasını gözləyirik. Azərbaycan bu məsələ ilə əlaqəli öz tərəfdaş ölkələri ilə müzakirələr aparmaq və İranın bu tutumuna görə üzr istəmədiyi halda cavab tədbirləri görə biləcəyi hüquqlarını özündə saxladığını bəyan etməlidir".
Aynurə FATEH