-
- 27-01-2023, 13:04
- 281
Qazilərə psixoloji yardım göstərən mərkəzlər niyə yoxdur?
Vətən müharibəsinin acı nəticələrindən biri də müharibədə iştirak edən, qazi olan şəxslərin psixoloji travmalar almasıdır. Qazilər zaman-zaman öz maddi vəsaitləri hesabına psixoloji yardım alsalar da, onlara dəstək verəcək vahid psixoloji mərkəzlər yoxdur.
Bu mövzu ilə bağlı fikirlərini News24.az-a bölüşən millət vəkili Etibar Əliyev bildirib ki, reabilitasiya mərkəzlərində də psixoloqlar fəaliyyət göstərməlidir: “ Düşünürəm ki, qazilər üçün geniş imkanlar yaradılmalıdır. Onlarla mütəmadi ünsiyyətdə olmaq vacibdir. Psixoloji və fiziki travmalar alan şəxslər ən az ayda 1 dəfə müayinədən keçməlidir. Həmin psixoloji xidmətlər isə ödənişsiz həyata keçirilməlidir. Təəssüflər olsun ki, ölkəmizdə psixoloqlar fərdi şəkildə fəaliyyət göstərir, televiziyalarda yalnız çıxış etməklə kifayətlənirlər. Lakin onların vahid psixi sağlamlıq mərkəzində, reabilitasiya mərkəzlərində fəaliyyəti vacibdir".
Psixoloq Elnur Rüstəmov isə bildirib ki, qazilərə sktrukturlaşmış psixoloji yardımın göstərilməsi vacibdir: "Qazilərin böyük bir qismi postravmatik stress pozuntusundan əziyyət çəkir. Bu da onlarda yuxu pozuntusu, aqressiya, depressiya, psixoloji pozuntular fonunda özünü göstərir. Ona görə də, onlara psixoloji dəstək mütəmadi şəkildə göstərilməlidir. Bu tipli mərkəzlər təkcə paytaxtda yox, eyni zamanda bölgələrdə də göstərilməlidir. Bunun üçün mütəxəssislər hazırlanmalıdır".
Qumral Əliyeva