Səfirliyimizə hücum belə planlaşdırılıb - YENİ VİDEO
    • 27-01-2023, 21:22
    • 371

Səfirliyimizə hücum belə planlaşdırılıb - YENİ VİDEO

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.

News24.az xəbər verir ki, bu barədə yeni görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.

Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.