Laçın yolunda 35 avtomobilin hərəkətinə şərait yaradılıb
    • 28-01-2023, 22:12
    • 409

Laçın yolunda 35 avtomobilin hərəkətinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

News24.az "Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir minik maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 35-ə çatıb.