Azərbaycanda şadlıq sarayı yanıb
    • 30-01-2023, 11:39
    • 204

Azərbaycanda şadlıq sarayı yanıb

Oğuz rayonunda şadlıq sarayında yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.