Qəbələdə çayxanada yanğın oldu
    • 1-05-2021, 13:18
    • 263

Qəbələdə çayxanada yanğın oldu

Qəbələ rayonunda çayxanada yanğın hadisəsi olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Nic qəsəbəsində ümumi sahəsi 88 m² olan birmərtəbəli çayxananın mətbəxində həcmi 30 litr olan məişət qaz balonunda başlıq hissə və sızan qaz yanıb, dam örtüyünün taxta atmaları 5 m² sahədə qarsalanıb.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.