Masallıda 36 yaşlı qadın itkin düşüb
    • 30-01-2023, 12:39
    • 197

Masallıda 36 yaşlı qadın itkin düşüb

Masallıda 36 yaşlı qadın itkin düşüb.

News24.az xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.