Rusiya İranın İsfahan şəhərindəki hərbi obyektinə edilən hücumu pisləyib
    • 30-01-2023, 14:47
    • 187

Rusiya İranın İsfahan şəhərindəki hərbi obyektinə edilən hücumu pisləyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın İsfahan şəhərindəki hərbi obyektə edilən hücumu pisləyib.

News24.az xəbər verir ki, Zaxarova bu məsələ ilə bağlı yazılı açıqlama verib.

Hücumun yanvarın 28-də həyata keçirildiyini xatırladan Zaxarova deyib:

“Biz nizamlanmamış regionda gərginliyin nəzarətsiz artmasına gətirib çıxara biləcək istənilən təxribatçı hərəkəti qətiyyətlə pisləyirik. Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavod başda olmaqla, bir neçə regionunda hərbi obyektlərə PUA-larla zərbələr endirilib.