"Azərbaycanın hərbi təlimləri sabitlik üçün risk yaratmır" - ZAXAROVA
    • 12-03-2021, 13:29
    • 462

"Azərbaycanın hərbi təlimləri sabitlik üçün risk yaratmır" - ZAXAROVA

Azərbaycanın əməliyyat-taktiki təlimləri planlı xarakter daşıyıb, bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır.

News24.az RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı söyləyib.

O bildirib ki, hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən həyata keçirilir. Bu müntəzəm gerçəkləşdirilir. Müvafiq məlumatlar maraqlı tərəflərə əvvəlcədən çatdırılır.