Bayden Ukraynaya “F-16” qırıcıları VERMƏYƏCƏK
    • 31-01-2023, 11:19
    • 243

Bayden Ukraynaya “F-16” qırıcıları VERMƏYƏCƏK

ABŞ prezidenti Co Bayden Ukraynaya F-16 qırıcıları verməyəcək.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Eyni zamanda Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümü olan fevralın 24-də Ukraynaya səfər edəcəyi ilə bağlı iddialar gündəmə gəlib.

Ağ Evin sözçüsü isə Baydenin müharibənin ildönümü üçün hələ bir səyahət planının olmadığını bildirib.

Qumral Əliyeva