Rusiya NATO tanklarını məhv edənlərə pul mükafatı verəcək
    • 31-01-2023, 13:01
    • 171

Rusiya NATO tanklarını məhv edənlərə pul mükafatı verəcək

Rusiyanın “Fores” kimya şirkəti bu yaxınlarda Ukraynaya qərbli dəstəkçilərin verdiyi döyüş tanklarını məhv edən əsgərlərə mükafatlar təklif edir.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, "Fores" ilk məhvə görə 5 milyon rubl (70 700 dollar), sonrakı hər bir məhvə görə 500 000 rubl (7 070 dollar) ödəyəcək.

Şirkət əlavə edib ki, Ukrayna F-15 və F-16 döyüş təyyarələri alarsa, ilk vurulan təyyarəyə görə də 15 milyon rubl (212 100 dollar) mükafat təklif edəcək.

Qeyd edək ki, ötən həftələrdə Almaniya və ABŞ Ukraynaya tanklar göndərəcəklərini açıqlamışdı.

Qumral Əliyeva