İllərdir “kişi” kimi qeydiyyatda olan 86 yaşlı qadına yeni vəsiqə veriləcək
    • 31-01-2023, 15:36
    • 229

İllərdir “kişi” kimi qeydiyyatda olan 86 yaşlı qadına yeni vəsiqə veriləcək

İmişli rayonunda uzun illərdir “kişi” kimi qeydiyyatda olan Bilqeys Əhmədovaya yeni şəxsiyyət vəsiqəsi veriləcək.

News24.az xəbər verir ki,  bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, B.Əhmədovanın şəxsiyyət vəsiqəsində müvafiq dövlət qurumu tərəfindən yol verilmiş texniki xəta aradan qaldırılacaq: “Vətəndaş Əhmədova Bilqeyis Cəmil qızına aid şəxsiyyət vəsiqəsində texniki xəta nəticəsində qeyd edilən məlumatlar artıq yenilənib. Vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi təmin ediləcək”.

Qeyd edək ki, 8 övladı olan qadın 2005-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.