-
- 1-02-2023, 10:47
- 238
Finlandiyada polis Quranın yandırılmasına icazə verməyəcək
Finlandiya Milli Polis Xidməti bəyan edib ki, İsveç və Danimarkadakı kimi müqəddəs kitablara hörmətsizlik edilməsinə icazə verilməyəcək.
News24.az bu barədə Finlandiya Xəbər Agentliyinə istinadən xəbər verir.
Ölkənin Milli Polis Xidmətinin rəsmiləri dini dəyərlərə hörmətsizliyin cinayət xarakteri daşıdığını və 6 aya qədər həbs cəzası olduğunu bildiriblər.
Qeyd edək ki, İsveçlə yanaşı Finlandiya da NATO üzvü olmaq istəyən ölkələrdən biridir.