Şamaxıda tikilən nəhəng ferma nazirliyindir? - RƏSMİ AÇIQLAMA - FOTOLAR
    • 1-02-2023, 14:01
    • 342

Şamaxıda tikilən nəhəng ferma nazirliyindir? - RƏSMİ AÇIQLAMA - FOTOLAR

Sosial şəbəkələrdə Şamaxı rayonunun girişində tikilən ferma ilə bağlı iddialar yayılıb.

News24.az xəbər verir ki, fotolarla təqdim olunan məlumatda tikilinin Kənd Təsərrüfatı Nazirliyinin balansında olduğu və nazirliyin sifarişi əsasında tikildiyi iddia edilib.

“Ferma artıq üç ilə yaxındır ki, kağız üzərində fəaliyyət göstərir. 11 min iribuynuzlu heyvanın saxlanıldığı bu fermaya nə az, nə çox, büdcədən 16 milyard pul xərclənib. Hazırda burada 800 nəfər işləyir və hər ay maaş da alır”, - iddiada vurğulanıb.

O da əlavə edilib ki, fermaya biri 5 min manatdan olmaqla, 2100 sağım aparatı alınıb.

İddialar barədə Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov saytımıza bildirib ki, iddialar əsassızdır: “Fotoda yer alan müəssisənin Kənd Təsərrüfatı Nazirliyinə heç bir aidiyyəti yoxdur”.