Ukraynaya yeni yardım paketinə 150 ​​km mənzilli raketlər daxil olacaq
    • 1-02-2023, 14:34
    • 196

Ukraynaya yeni yardım paketinə 150 ​​km mənzilli raketlər daxil olacaq

"Boeing"-in qurudan buraxılan kiçik diametrli bombaları Ukrayna Silahlı Qüvvələrinin əli çatmadığı mühüm hərbi hədəfləri vurmağa kömək edəcək.

News24.az xəbər verir ki, ABŞ Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketi hazırlayır.

Bu paketə ilk dəfə olaraq daha uzun mənzilli raketlər və digər döyüş sursatları, silahların daxil olacağı gözlənilir. 

Bu barədə "Reuters" agentliyinə ABŞ prezidenti Co Baydennin administrasiyasındakı iki mənbə bildirib.

Yeni təhlükəsizlik yardım paketinin bu həftənin əvvəlində elan ediləcəyi gözlənilir.

Mənbələr əlavə edib ki, paketə həmçinin “Patriot” hava hücumundan müdafiə sistemi üçün dəstək ləvazimatları, dəqiq idarə olunan döyüş sursatları və “Javelin” tank əleyhinə raketlər də daxildir. 

Teymur MƏMMƏDOV