Rusiyada Stalinə heykəl ucaldıldı
    • 1-02-2023, 16:22
    • 139

Rusiyada Stalinə heykəl ucaldıldı

Rusiyada Stalinə heykəl ucaldılıb.

News24.az xəbər verir ki, SSRİ-yə rəhbərlik etmiş İosif Stalinə Rusiyanın Volqoqrad şəhərində heykəl ucaldılıb.

Volqoqradın mərkəzində Stalinqrad döyüşündəki qələbənin ildönümü ərəfəsində Stalinlə yanaşı, marşallar Vasilevskinin və Jukovun abidələri də ucaldılıb.

Qeyd edək ki, sabah, fevralın 2-də Volqoqradda Stalinqrad döyüşündəki qələbənin 80 ildönümünə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Rusiya Prezidenti Vladimir Putinin də iştirakı planlaşdırılır.//apa.az