-
- 2-02-2023, 17:28
- 420
"Zəhra ilə videomuzu..." - Rafael İskəndərov məşhurlaşan nəvəsindən danışdı
Əməkdar artist Rafael İskəndərov nəvəsi Zəhranın hər kəsin marağına səbəb olan videosundan danışıb.
News24.az-a açıqlama verən aktyor həmin görüntülərin paylaşılmasından məmnun olmadığını deyib: “Düzdür, Zəhranın görüntüləri maraqla qarşılandı, çox xoş sözlər yazıldı. Hər kəsə təşəkkür edirəm. Amma nəvəmlə birgə videolarımın başqalarının paylaşması xoşuma gəlmir. Kaş instaqramda elə funksiya ola ki, belə özəl videoları kimsə götürə bilməsin”.
Qeyd edək ki, görüntülərdə nəvəsinin saçını darayaraq toplayan sənətçinin nəvəsi ilə zarafatyana dialoqu əks olunub. Balacanın babasına “Rafaelçik, belimi qaşı. Yaxşıdır, çox sağ ol, qadan alım” deməsini hər kəs təbəssümlə qarşılayıb.
Könül İBRAHİM