-
- 2-02-2023, 23:56
- 192
Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır?
Bu gün 3 səbəbdən abituriyentlər xarici ölkələrə üz tuturlar.
Ya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamırlar, ya qəbul olduqları ixtisas onları qane etmir, ya da daha yüksək keyfiyyətli təhsil üçün xarici universitetləri seçirlər. Ölkəmizdə qəbul imtahanında yetərli bal toplamayanların əksəriyyəti xarici universitetlərə pulla girirlər. Geri döndükdə isə çoxunun diplomu tanınmır. Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, bu gün diplomları tanınmayan əsas ölkələr Ukrayna, Gürcüstan və Rusiyadır.
Diplomların tanınmamasının əsas səbəblərindən biri isə tələbələrin təhsil aldıqları müddətdə qaydalarda göstərilən zaman kəsimində həmin ölkədə olmamalarıdır. Ekspert tövsiyə edir ki, xaricdə təhsil alıb, daha sonra problem yaşamaq istəmirsinizsə, diplomların tanınıb-tanınmadığına əmin olduqdan sonra qərar verin. Təhsilini başa vurduqdan sonra isə yaranan digər bir problem hərbi xidmətlə bağlı olur. Hərbi xidmətin müddətinə gəlincə isə ekspert bildirdi ki, diplomu tanınmayan universitetlərin məzunları birmənalı olaraq 1 il 6 ay hərbi xidmətdə olurlar. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən isə bildirildi ki, quruma diplomların tanınması ilə bağlı 297 müraciət daxil olub, onlardan 54-ü imtina alıb. İllərinizi verib əldə etdiyiniz diplomun ölkəmizdə tanınmasını istəyirsinizsə, bu cür vacib məqamlara diqqət yetirməlisiniz. Əks halda çəkdiyiniz əziyyət də, xərc də hədər gedəcək.