Azərbaycanın üç universitinin diplomu Türkiyədə tanınmadı
    • 28-05-2019, 18:20
    • 1 246

Azərbaycanın üç universitinin diplomu Türkiyədə tanınmadı

"Türkiyənin Ali Təhsil qurumu Azərbaycanlı tələbələrin sənədlərini geri qaytarıb".

News24.az  xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, qurum Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib: "Bizim Xaricdə Təhsil Mərkəzi xidmətimiz var, həmin universitetin tələbələrinin sənədlərini göndərmişik. Onlar da bizə rəsmi cavabda əsas səbəb kimi FETÖ hadisələrini göstəriblər.

Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb". Ekspert onu da əlavə etdi ki, yeni qərara əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək. 

Afaq Mirayiq