Bakıda polis rəisinin qardaşı ofisə basqın etdi
    • 3-02-2023, 16:40
    • 209

Bakıda polis rəisinin qardaşı ofisə basqın etdi

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

News24.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.