Ağdaşda körpə uşaq yuyucu vasitəni içərək zəhərləndi
    • 3-02-2023, 17:46
    • 296

Ağdaşda körpə uşaq yuyucu vasitəni içərək zəhərləndi

Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəni içərək zəhərlənib.

News24.az xəbər verir ki,hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəni içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

Hazırda körpənin vəziyyəti normaldır.//Oxu.Az