-
- 19-10-2019, 16:19
- 1 031
2 yaşlı uşaq yuyucu maddə içdi
Gəncədə iki yaşlı uşaq yuyucu maddədən zəhərlənib.
News24.az xəbər verir ki, 2017-ci il təvəllüdlü Verdiyev Yusif valideynlərinin nəzarətindən yayınaraq maye halında olan "ACE" markalı yuyucu maddə içərək zəhərlənib.
Uşaq 2 saylı Xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsindən sonra uşağın vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.