Bakıda bu günlərdə qar yağacaq və şaxta olacaq — XƏBƏRDARLIQ
    • 4-02-2023, 11:17
    • 732

Bakıda bu günlərdə qar yağacaq və şaxta olacaq — XƏBƏRDARLIQ

Növbəti həftə Bakıda havanın temperaturunun qeyri-sabit keçəcəyi gözlənilir.

News24.az xəbər verir ki, fevralın 8-i və 9-da Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu 8-i və 9-u gecə saatlarında 0 dərəcə təşkil edəcək. Gecədən etibarən qar yağacağı ehtimal edilir.

Fevralın 10-da qarın kəsiləcəyi gözlənilsə də gecə havanın temperaturunun 1 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.