Ronaldonun “Əl-Nəsr”də ilk rəsmi qolu — VİDEO
    • 4-02-2023, 13:58
    • 241

Ronaldonun “Əl-Nəsr”də ilk rəsmi qolu — VİDEO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

News24.az xəbər verir ki, o, çempionatın 15-ci turunda “Əl-Fateh”lə matçda (2:2) penaltidən fərqlənib. Strat heyətdə meydana daxil olan və sona kimi oynayan 37 yaşlı hücumçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Bu nəticədən sonra “Əl-Nəsr” 34 xalla 1-ci pillədə qərarlaşıb.