Deputat ailəsi ilə birgə dağıntılar altında qaldı
    • 6-02-2023, 13:01
    • 192

Deputat ailəsi ilə birgə dağıntılar altında qaldı

Türkiyədə zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş dağıntılar altında qalıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb. Məlumatda qeyd olunub ki,  deputatın ailəsi də dağıntılar altındadır. 

Yakup Taşın olduğu yer təyin edilib və hazırda xilasetmə tədbirləri görülür. 

Aynurə FATEH