Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi
    • 5-05-2024, 09:16
    • 329

Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi


Əməkdar artist Elza Seyidcahanın oğlu Ələkbər övladının ad günündə əsəbiləşərək məclisi tərk etmək istəyib.

News24.az OLAY-a istinadla yazır ki, bununla bağlı video “Uğur TV” yutub kanalında paylaşılıb. 

Görüntüdə liftdən çıxmağa hazırlaşan Ələkbərin ARB TV-nin çəkiliş qrupunu və xanımının müsahibə verməyini görüb əsəbiləşdiyi anlar yer alıb. Bu zaman o, liftlə yenidən məkandan ayrılmaq istəyib. 

Seyidcahan və yaxınları Ələkbəri razı salaraq onu saxlamağa çalışıb.

E. Seyidcahan isə “Oğlum çəkiliş sevmir”, - deyərək, gərginliyi sakitləşdirib.