Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib
    • 7-02-2023, 10:04
    • 261

Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası və xilasetmə qrupları göndərib.

News24.az bu barədə CNN Türk nəşrinə istinadən xəbər verir. 

Məlumatda qeyd olunub ki, 40-dan çox xəstəxanada çalışan mütəxəssislər səhra xəstəxanasında ixtisaslı tibbi yardım göstərəcəklər.
Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar yardım materiallarının, eləcə də xilasetmə qruplarının Türkiyə ilə yanaşı Suriyaya da göndərildiyini açıqlayıb.