Xilasedicilərimiz dağıntılar altında qalmış uşağın meyitini çıxardı
    • 7-02-2023, 18:17
    • 213

Xilasedicilərimiz dağıntılar altında qalmış uşağın meyitini çıxardı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qalmış uşağın (qız) meyitini çıxarıb.

News24.az xəbər verir ki, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış 7-8 yaşlı qızın meyitini aşkarlayaraq, çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Report