Azərbaycanlı iş xanımı ad gününə sehrbazın köməyi ilə gəldi - FOTO - VİDEO
    • 26-01-2019, 13:31
    • 2 297

Azərbaycanlı iş xanımı ad gününə sehrbazın köməyi ilə gəldi - FOTO - VİDEO

Ötən gün iş xanımı Leyla Misirova özünə təntənəli ad günü mərasimi təşkil edib.

News24.az xəbər verir ki, paytaxt məkanlarının birində baş tutan məclis qeyri-adiliyi ilə yadda qalıb. Səbəbkar məkana sehirbaz tərəfindən hazırlanmış xüsusi nömrə ilə daxil olub. Qeyd edək ki, L.Misirovanın ad günündə məhz sehirbazla daxil olması rejissor Nail Naiboğlunun təşəbbüsü ilə baş tutub.

İş xanımının xoş gününə ailə üzvləri, dostları mədəniyyət və şou-biznes nümayəndələri qatılıb. Könül Muxtarovanın aparıcılığını etdiyi ad günündə xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Manana Caparidze, Mətanət İsgəndərli, Babək Niftəliyev, müğənnilər İradə Mehri, Nüşabə Musayeva, muğam ifaçıları Mirələm Mirələmov, Rövşən Əziz və başqaları iştirak edib.

Ad günündən olan görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV