XİN: Türkiyədən Azərbaycan vətəndaşlarını daşıyan 2 avtobus yola düşüb
    • 7-02-2023, 20:23
    • 186

XİN: Türkiyədən Azərbaycan vətəndaşlarını daşıyan 2 avtobus yola düşüb

"Türkiyənin zəlzələ baş verən bölgəsindən azərbaycanlıları təxliyə edən 2 avtobus artıq yola düşüb, təxliyə başlanıb”.

Bunu News24.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, hazırda zəlzələ bölgəsində yaşayan azərbaycanlıların siyahısının dəqiqləşdirilməsi davam edir.