Bakıda beş ailənin yaşadığı birmərtəbəli evdə yanğın olub
    • 7-02-2023, 23:32
    • 176

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evdə yanğın olub

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evdə yanğın olub.
 
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.