Binəqədidə birmərtəbəli evdə yanğın olub
    • 16-01-2023, 22:59
    • 285

Binəqədidə birmərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 15 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.