“Respublikanski”də xəstə özünü pəncərədən atdı
    • 8-02-2023, 12:45
    • 220

“Respublikanski”də xəstə özünü pəncərədən atdı

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo