Tanınmış homoseksual “Eurovision-2019” müsabiqəsinin aparıcıları sırasındadır - FOTO
    • 26-01-2019, 15:43
    • 1 011

Tanınmış homoseksual “Eurovision-2019” müsabiqəsinin aparıcıları sırasındadır - FOTO

“Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları müsabiqənin dörd aparıcısının adlarını açıqlayıblar.

Bu barədə “Eurovision-2019”un rəsmi saytında məlumat verilib.

Müsabiqəni israilli supermodel Bar Rafaeli, şoumen və prodüser Erez Tal, televiziya aparıcısı Assi Azar və şairə Lyusi Ayyub aparacaqlar. Təşkilatçılar əlavə ediblər ki, müsabiqəni 2017-ci ildə Kiyevdə kişilər, 2018-ci ildə Lissabonda isə qadınlar aparıb və 2019-cu ildə aparıcıların tərkibində hər iki cinsin nümayəndəsinin təmsil olunması qərara alınıb.
“Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalı mayın 14-16-da, finalı isə həmin ayın 18-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

News24.Az