Rusiyada partlayış: 8 nəfər öldü
    • 8-02-2023, 22:14
    • 240

Rusiyada partlayış: 8 nəfər öldü

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində qaz partlaması nəticəsində dağılmış binada ölənlərin sayı artıb.

News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.

Region rəhbəri Aleksey Dyumin bildirib ki, həlak olanların ailələrinə bir milyon rubl veriləcək. Zərərçəkənlərə isə 500 min rubl məbləğində təzminat verilir.