-
- 8-02-2023, 23:37
- 219
Aİ Türkiyə və Suriya üçün donorlar konfransı təşkil edəcək
Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər görən Türkiyə və Suriya üçün donorlar konfransı keçirəcək.
News24.az xəbər verir ki, Türkiyədə və Suriyada baş verən zəlzələnin ardından Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və İsveçin Baş naziri Ulf Kristersson beynəlxalq ictimaiyyətdən maliyyə vəsaitlərini səfərbər etmək üçün donorlar konfransına ev sahibliyi etmək niyyətini bu gün açıqlayıblar.
Avropa Komissiyasının verdiyi məlumata görə, tədbir mart ayında Brüsseldə keçiriləcək.
Avropa Komissiyası bildirib ki, donorlar konfransı bu həftə baş verən dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyəti səfərbər etməyə kömək edəcək.
"Aİ-yə üzv dövlətləri, qonşu ölkələr, BMT üzvləri, beynəlxalq maliyyə institutları və digər müvafiq maraqlı tərəflər üçün açıq olacaq yüksək səviyyəli konfransın məqsədi donorların dəstəyini əlaqələndirmək və erkən bərpa və yardıma dəstək üçün resursları artırmaqdır. Konfransa Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissar Oliver Varhelyi və İsveçin beynəlxalq inkişaf, əməkdaşlıq və xarici ticarət naziri Yohan Forssel birgə sədrlik edəcəklər", - deyə Avropa Komissiyası bildirib.
“Bu həftə Türkiyə və Suriyada baş verən zəlzələlərin dağıdıcı təsirləri hamımızı sarsıtdı. İndi prioritet, mümkün qədər çox insanın həyatını xilas etmək üçün gecə-gündüz işləməkdir, çünki bir çox insan hələ də dağıntılar altında, binalarda qalıb.
Bunun üçün Aİ-nin Mülki Müdafiə Mexanizmi dərhal işə salınıb və indiyədək 23 ölkədən 31 axtarış-xilasetmə qrupu və 5 tibbi qrup göndərilib. Amma biz artıq Türkiyə və Suriya xalqına mesaj göndəririk: Aİ sizin xalqınızı dəstəkləyəcək. Çünki belə bir faciə ilə insanlar üzləşdikdə onlar tək qalmamalıdır”, - deyə Prezident von der Leyen İsveçin baş naziri Kristerssonla telefon danışığından sonra bildirib.
“Türkiyə və Suriyanın şimalında baş verən zəlzələ yaxın vaxtlarda misli görünməmiş bir fəlakətdir. İnsan tələfatının və fiziki zərərin miqyası gün keçdikcə aydınlaşır. Nəticələri həqiqətən dəhşətlidir. İsveç Avropa İttifaqı Şurasının sədri kimi Aİ-nin köməyinin bu dəhşətli zamanda Türkiyə və Suriya xalqının ehtiyacını qarşılamaq üçün adekvat olmasını təmin etmək istəyir”, - İsveç Baş naziri Kristersson deyib.