Bakıda güclü külək 15 ağaca ziyan vurub
    • 9-02-2023, 09:48
    • 146

Bakıda güclü külək 15 ağaca ziyan vurub

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən News24.az -a verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.