Kimsəsiz uşaqlar Ərdoğanın təyyarəsi ilə Ankaraya aparıldı - FOTO
    • 9-02-2023, 10:50
    • 198

Kimsəsiz uşaqlar Ərdoğanın təyyarəsi ilə Ankaraya aparıldı - FOTO

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar altından çıxarılan kimsəsiz körpələr Ankaraya aparılıb.

News24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 0-1 yaş aralığından olan 16 uşaq Türkiyə Prezidentinin təyyarəsi ilə paytaxta göndərilib.

Körpələr Ankarada xəstəxanaya yerləşdirilib. Onların ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.

Uşaqların bəzilərinin üzərində şəxsiyyətini müəyyən etməyi asanlaşdıracaq məlumatlar qeyd olunub.

Qumral Əliyeva