Ana və atasını xilas etmək üçün dağılmış binaya girdi, özü öldü
    • 9-02-2023, 12:19
    • 963

Ana və atasını xilas etmək üçün dağılmış binaya girdi, özü öldü

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı binada ana və atasını xilas etməyə çalışan gənc həyatını itirib.

News24.az xəbər verir ki, uşağını dağılan binadan xilas edən Mücahit Tunç anası Halime və atası Kasım Tunçu çölə çıxarmaq üçün təkrar içəri girib.

Lakin zəlzələnin növbəti dalğası nəticəsində bina tamamilə dağılıb və Mücahit Tunç vəfat edib.

Qeyd edək ki, hadisədən sonra vəfat edən gəncin ata və anasının cansız bədənləri dağıntılar altından çıxarılıb.