Ananın ÜRƏKDAĞLAYAN FƏRYADI: “Üç uşağım dörd gündür dağıntılar altındadır
    • 9-02-2023, 13:41
    • 153

Ananın ÜRƏKDAĞLAYAN FƏRYADI: “Üç uşağım dörd gündür dağıntılar altındadır" - VİDEO

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadları davam etməkdədir.

News24.az xəbər verir ki, hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

Dağıntılar altında qalan övladlarının xilas edilməsini istəyən ananın fəryadı isə hər kəsi kədərə boğub.

“Üç uşağım dörd gündür dağıntılar altında yaşayır. AFAD bura gəldi, onları qoyub getdi. Hamısı binanın uçacağından qorxurlar. Burada yalnız könüllülər işləyir. Kim gələcəksə, övladlarımı xilas etsin,”- deyə çarəsiz ana gözyaşlarına boğulub.

Aynurə